Ötən cümə axşamı Bakıda baş vermiş yol-nəqliyyat hadisələri iki nəfərin ölümü ilə nəticələnib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublika DİN-dən məlumat verilib.
“Cümə axşamı Bakıda baş vermiş iki yol-nəqliyyat hadisəsində iki nəfər həlak olub”, - deyə cümə günü DİN Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Ümumilikdə, ötən cümə axşamı Bakıda yol hərəkəti qaydalarının pozulması ilə bağlı 1714 fakt qeydə alınıb. Qeydə alınmış pozuntu faktlarından 17-si avtonəqliyyat vasitələri tərəfindən qəza vəziyyətinin yaradılması, 21-i avtomobil nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi, 1-i avtoxuliqanlıq, 25-i avtomobil nəqliyyat vasitələrinin sürücülük vəsiqəsi olmadan idarə edilməsi faktı kimi təsnif edilib.