Son bir neçə gündə Azərbaycanın cənub hissəsinə yağan qar arıların kütləvi şəkildə məhv olmasına səbəb olub. Mütəxəssislər söyləyirlər ki, şaxtalar davam edərsə, bal istehsalatı 70% azala bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu bildirir.
“Son bir neçə gün ərzində güclü qar yağırıb ki, bu da arıların kütləvi şəkildə məhv olmasına səbəb olub”, - deyə arıçı Elşad Vəliyev qeyd edib.
Digər arıçı Yaqub Xanmədovun sözlərinə görə, belə şaxtalardan sonra arıların çoxalmasından söz belə gedə bilməz.
Arıçılar narahatdılar ki, şaxtalar davam edərsə, ümumiyyətlə bu il bal olmayacaq.