Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları açıq rəngli neftdən neft məhsullarının alınması üsulunu təkmilləşdirməyə imkan yaradan ixtiraya görə Standartlaşma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin patentini alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə NKPİ-dən bildirilib.
Patenti institutun direktoru Musa Rüstəmov və əməkdaşlar Həqiqət Abadzadə və Gülbəniz Muxtarova alıblar.
Beləliklə də 420-450 dərəcədə və 5-7 meqapaskal təzyiqdə neft məhsullarının emalı prosesində yüksək keyfiyyətli açıq rəngli neft məhsullarının, o cümlədən benzin və dizel fraksiyasının 52,8%-dən 65,22%-ə qədər artırılmasına nail olunub.