Standard&Poor's Beynəlxaql Reytinq Agentliyi Azərbaycanın “Muğanbank” ASC üçün “CCC+” uzunmüddətli və “C” qısamüddətli-kontragent kredit reytinqlərini müəyyən edib.
Agentliyin məlumatında bildirilir ki, proqnoz “sabitdir”.
“Muğanbank”-ın reytinqləri Azərbaycanın yüksək iqtisadi və sahə risklərini əks etdirir (“VV+pozitiv/V”)”, - deyə agentliyin kredit analitiki Viktor Nikolski qeyd edib. Reytinqlərdə həmçinin bankın kiçik ölçüləri və məhdud müştəri bazası, borc alanların aşağı kredit keyfiyyəti nəzərə alınır. Xüsusilə də o fakt nəzərə alınır ki, kredit portfeli onun sürətli artımı, rezervləşdirmənin aşağı səviyyəsi və az gəlirlilik göstəriciləri səbəbindən zamanın sınağından keçməyib”.
“Pozitiv reytinq amillərinə bankın sabit mülkiyyət strukturları və bankın dövlət fondlarından və Azərbaycan Mərkəzi Bankından (AMB) fondlaşması ilə əlaqədar olan üstünlüklər daxildir”, - deyə agentliyin məlumatında bildirilir.
“Muğanbank” kiçik kommersiya bankıdır, aktivlərin həcminə görə Azərbaycan bankları arasında 17-ci yeri tutur (2009-cu ilin 31 dekabr tarixinə ümumi aktivləri 148,4 mln. manat və ya $185 mln. təşkil edib). Əsas müştəri bazasını kiçik və orta müəssisələr (KOM), həmçinin ticarət, inşaat, kənd təsərrüfatı və istehsalat fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar təşkil edir.
“Muğanbank”ın reytinqləri onun kredit qabiliyyətini əks edir və fövqaladə hallar zamanı ehtimal edilən əlavə xarici dəstək daxil etmir.
Bank tamamilə Elmir Mehdiyevə (65%) və onun ailə üzvlərinə (35%) məxsusdur"- deyə S&P qeyd edir.
“Bizim fikrimizcə, bank çox yüksək kredit riskinə məruz qalır ki, bu da onun müştərilərinin (əsasən KOM) aşağı kredit keyfiyyəti və son illərdə kredit portfelinin sürətli artımı ilə şərtləndirilir. 2009-cu ilin 31 dekabr tarixinə “problemli kreditlər/ümumi ssuda borcu” 1,4%, “restruktivləşdirilmiş kreditlər/ümumi ssuda borcu” 7,3% təşkil edib. Bundan əlavə, borclar üzrə ehtimal edilən itkilər üçün ehtiyat səviyyəsi aşağıdır (bu tarixə ümumi ssuda borcunun 2,2%-i) və bank sektoru üzrə orta göstəricidən kifayət qədər aşağıdır və fikrimizcə, aktivlərin pisləşən keyfiyyətini yalnız müəyyən dərəcədə kompensasiya edə bilər”, - deyə məlumatda bildirilir.
“Sabit proqnozu” Azərbaycanda ortamüddətli perspektivdə iqtisadi artımla bağlı gözləntilərimizi, o cümlədən “Muğanbank”ın struktur bölmələrinin nöqsanlarını əks etdirir", - deyə agentliyin məlumatında qeyd edilir.
“Biz güman edirik ki, yaxın gələcəkdə “Muğanbank”ın reytinqlərinin yüksəlməsi ehtimalı çox deyil. Bununla yanaşı, əgər bank öz biznes modelinin kifayət qədər və sabit gəlirlilik təmin edə biləcəyini nümayiş etdirə bilsə və aktivlərin keyfiyyəti ilə bağlı narahatlığımız azalsa, biz pozitiv reytinq hərəkətləri imkanlarını nəzərdən keçirəcəyik”, - deyə V.Nikolskiy vurğulayıb.
“Muğanbank” 2009-cu ilin birinci yarısının yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 440-cı, Azərbaycanın 46 bankı arasında 19-cu yeri tutub.