1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin katibliyində və 9-cu idarəsində çalışan əməkdaşlardan ibarət nümayəndə heyəti aprelin 22-də Heydər Əliyev Fondunda oluи. Bu barədə “AzərTAc” dövlət informasiya agentliyindən bildirilib. Rusiyalı qonaqların arzusu ilə gerçəkləşən səfər Fondun dəvəti ilə həyata keçirilib.
Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi daşıyan Heydər Əliyev Fondunun ekspozisiyası ilə tanış olublar. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr Fondun ziyarətçilərində böyük maraq doğurub.
Burada həmçinin ulu öndərin Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən çəkdirdiyi şəkillər, hərbi geyimləri fondun ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Qonaqlar Fondda Heydər Əliyevin mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa edib, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olublar.
Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat verilib.
Fondun Xatirə kitabına ürək sözlərini yazan qonaqlar buradan zəngin təəssüratlar aldıqlarını bildiriblər.
Qonaqlar Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti barədə filmə də baxıblar.
Aprelin 25-dək davam edən səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edəcək, Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyinə baş çəkəcək, eləcə də Xalça Muzeyinin ilə tanış olacaqlar.
Səfər günlərində rusiyalı qonaqlar “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətində olacaq və İçərişəhəri gəzəcəklər. Nümayəndə heyətinin “Atəşgah məbədi”, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə tanışlığı və Qəbələ rayonuna səfərləri də nəzərdə tutulub.