Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çərşənbə günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebini qəbul edib. Bu barədə AzərTac dövlət informasiya agentliyinin məlumatında deyilir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunub.