Ötən həftə hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər axtarışda olan 92 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi DİN-dən məlumat verilib.
Bundan əlavə, hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 16 nəfər həlak olub və 3 nəfər yaralanıb, 2 nəfər intihar edib, 94 yanğın hadisəsi baş verib ki, bunun nəticəsində 6 nəfər yanıq xəsarətləri alıb.
8 nəfər qətldə, 7 nəfər sui-qəsddə və qəsdən bıçaq xəsarətləri yetirməkdə, 3 nəfər qarət və soyğunda, 26 nəfər oğurluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 8 fakt qeydə alınıb.