Lənkəranda milli mətbuatın 135 illiyinə həsr olunmuş konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Konfransda Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi”nin milli şüurun inkişafında rolu müzakirə olunub.
Hazırda Ədliyyə Nazirliyində 4000-dən çox qəzet qeydiyyatdan keçib, onlardan 300-ü müntəzəm nəşr edilir. O da qeyd edilib ki, müstəqillik əldə edildikdən sonra mətbuatın inkişafında bir çox uğurlar qazanılıb, demokratik qanunvericilik bazası yaradılıb, mətbuatın inkişafına dəstək məqsədilə qeydiyyat prosesi sadələşdirilib.
Konfransda bildirilib ki, ötən il peşəkar jurnalistika ilə bağlı layihə çərçivəsində mətbuatın inkişafına 393 min manat, bu il isə 2 mln. manat vəsait ayrılıb.