Ali məktəb tələbələri üçün yeni layihə həyata keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Liderlik Məktəbi” adlı layihə 1-ci və 2-ci kurs tələbələri üçün nəzərdə tutulub. Layihə çərçivəsində tələbələrdə liderlik keyfiyyətlərinin, müxtəlif layihələrin təşkili və idarə edilməsi bacarığının inkişafı üzrə kurslar keçiriləcək.
Liderlik Məktəbində 39 ali təhsil müəsissəsindən 130 tələbənin iştirak edəcəyi gözlənilir. Layihədə millət vəkilləri, elm xadimləri və ziyalılarla tələbələrin görüşləri təşkil olunacaq.
Layihə 28 iyul tarixindən 4 avqust tarixinədək Lənkəran şəhərində keçiriləcək.
Təşkilatçılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır.