2010-cu ilin yanvar-avqust aylarında Azərbaycan 1 mlrd. 656,4 mln. manat məbləğində dövlət kapital qoyuluşları həyata keçirib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2010-cu ilin dövlət büdcəsində dövlət kapital qoyuluşları 4 mlrd. 157,5 mln. manat məbləğində nəzərdə tutulub (2010-cu ilin dövlət büdcəsinə iyun ayında qəbul edilmiş düzəlişlər nəzərə alınmaqla - İF). Yanvar-avqust aylarında bu məbləğdən 1 mlrd. 656,4 mln. manat və ya nəzərdə tutulmuş vəsaitlərin 39,8%-i sərf olunub”, - deyə DSK-nın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, cari ilin avqust ayında dövlət kapital qoyuluşlarının həcmi 205,6 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2009-cu ildə 2,5 mlrd. manat məbləğində dövlət kapital qoyuluşları həyata keçirib.