Azərbaycan Dəmir Yolları" QSC və "Rosaqrotrans" QSC çərşənbə axşamı taxıl yüklərinin daşınması üzrə qarşılıqlı anlaşma və tərəfdaşlıq haqqında memorandum imzalayıblar. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinin tədbirdə iştirak edən müxbiri bildirib.
Memorandum Bakıda “Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu” beynəlxalq regional dəmiryol biznes forumu çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC rəisinin müavini Əlirza Süleymanov və "Rosaqrotrans"ın rəhbəri Konstantin Zasov arasında imzalanıb.
Memorandumun şərtlərinə əsasən, Rusiyadan Azərbaycana taxılın daşınması üçün "Rosaqrotrans" tərəfindən dəmiryol nəqliyyatı vasitələrinin təminatı nəzərdə tutulur. “Azərbaycan Dəmir Yolları” tərkibin dislokasiyası, Azərbaycan ərazisi üzrə hərəkəti, boşaldılması və qayıtmasına görə məsuliyyət daşıyacaq. Memorandum 1,5 milyon ton həcmində taxıl yüklərinin illik nəqlini nəzərdə tutur. İmzalanmış sənəd müvəqqəti məhdudiyyətə malik deyil.
“Rosaqrotrans” ASC Rusiyada taxıl yüklərinin dəmiryolu ilə daşınması üzrə ən iri infarstruktur operatorudur. Şirkətin səyyar parkında şəxsi 8555 və “Rusiya dəmir yolları” ASC-dən icarəyə götürülmüş 14000 vaqon vaqon var. Şirkətin təsisçiləri “Rosaqrotrans” ASC və “Rusiya nəqliyyat şirkəti” MMC-dir.