Bank of Azerbaijan 2010-cu ilin yanvar-sentyabr aylarında ərzində aktivlərini 2,4% - 143 mln. 48,7 min manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan bildirilib.
2010-cu il oktyabrın 1-nə bankın kredit portfeli 113 mln. 457,8 min manat (azalma 2,8%), öhdəlikləri – 116 mln. 732 min manat (azalma 5,4%), istehlak kreditləri 20 mln. 283,2 min manat (artım 39%) təşkil edib.
Oktyabrın əvvəlinə bankın depoziti 51 mln. 541,31 min manat (azalma 17,8%), əhalinin əmanətləri 44 mln. 546 min manat (artım 3,5%) təşkil edib.
Oktyabrın 1-nə bankın məcmu kapitalı 25 mln. 377,9 min manat (artım 38,7%), nizamnamə kapitalı 23,5 mln. manat (artım 56,6%) təşkil edib.
9 ay ərzində bankın gəlirləri zərəri 9 mln. 210,89 min manat təşkil edib.
Oktyabrın 1-nə bankın rezpublikada 12 filialı fəaliyyət göstərir.
“Bank of Azerbaijan” (əvvəllər “Azərbaycan iş bankası”) 2006-cı ildən yeni adla fəaliyyətə başlayıb. Bankın adının dəyişdirilməsi səhmdarların strukturunda dəyişikliklərlə bağlıdır. Bankın səhmdarları iki fiziki və bir hüquqi şəxsdir.
“Bank of Azerbaijan” 2009-cu ilin yekunları üzrə “İnterfaks-İAM”ın hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 411-ci, Azərbaycan bankları arasında 18-ci yeri tutub.