Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 20-də Bakı Fond Birjasında 6 mln. manat məbləğində qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birja nümayəndəsi məlumat verib.
Bu kağızların emissiyası 7 mln. manat təşkil edir. Nominal dəyəri 100 manat olan 70 min notun tədavül müddəti 29 gün, kağızların ödəmə tarixi 18 noyabr 2010-cu ildir.
Xəbər verildiyi kimi, Mərkəzi Bank qısamüddətli notların buraxılışına 2004-cü ilin sentyabrında başlayıb. Notların buraxılması Mərkəzi Bank və BFB arasında 2004-ci il iyulun 5-də imzalanmış sazişə əsasən həyata keçirilir.
2010-ci ildə bank 300 mln. manat həcmində not buraxmağı planlaşdırır.