Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti 2010-cu ildə sığorta şirkətləri tərəfindən müştərilərə 200 min manata yaxın sığorta ödənişinin verilməsindən imtina edilməsini əsassız hesab edib. Bu barədə Dövlət Xidmətinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, ötən il DSNX sığorta şirkətləri tərəfindən sığorta ödənişi verməkdən əsassız imtina, həmçinin sığorta ödənişlərinin verilməsində süründürməçiliyə yol verilməsi ilə bağlı bir sıra hallar aşkar edib. Dövlət Sığorta Nəzarəti Xidmətinə daxil olan ərizə və şikayətlər qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırıldıqdan sonra sığortalılara müvafiq ödənişlərin ödənilməsi təmin edilib.
Bu şikayətlərə baxılmasında əsas məqsəd sığorta şirkətləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması, eləcə də sığortalıların etibarlı sığorta zəmanəti ilə təmin olunmasıdır.
Hazırda Azərbaycanda 27 sığorta şirkəti fəaliyyət göstərir.