Azərbaycan və Macarıstan arasında əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri kəsb edir. Bu barədə Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib.
“Bizim ölkələrimiz siyasi və iqtisadi sahələrdə, həmçinin enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində qarşılıqlı münasibətləri inkişaf etdirərək, tədricən strateji tərəfdaşlıq mərhələsinə çıxırlar”, - deyə Z.Qaralov Bakıda Macarıstanın hərbi prokuroru Arpad kovaçı qəbul edərkən bildirib.
Z.Qaralov qonağı Azərbaycanda məhkəmə-hüquq sisteminin prokurorluğun, o cümlədən, hərbi prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi sahəsində islahatlarla tanış edib.
“Kadr siyasətində ciddi irəliləyiş əldə olunub və şəffaflıq təmin edilib, Baş Prokurorluq nəzdində korrupsiyaya qarşı mübarizə i̇darəsi fəaliyyət göstərir”, - deyə o bildirib.
A.Kovaç öz tərəfindən iki ölkənin prokurorluq orqanları arasında informasiya və təcrübə mübadiləsinin, o cümlədən istintaq tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib