Milli Metrologiya Mərkəzi gəəln həftə vaxt və tezlik etalonlarını istismara verəcək. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) rəhbəri Ramiz Həsənov cümə günü mətbuat konfransında bildirib.
“Bu etalonlar 3-4 ay əvvəl əldə edilib. Hazırda etalonlar onların gələcəkdə istifadəsi üçün kalibrləmə və başqa proseduralardan keçir", - deyə R.Həsənov bildirib.
O bildirdi ki, hazırda MMM-nin milli etalon bazası 5 laboratoriya malikdir ki, burada kütlə, təzyiq, temperatur, elektrik, qatılıq və sıxlıq etalonları saxlanılır və istifadə olunur. Azərbaycanda milli etalonların sayı 29-dur. Onlardan 15-i I dərəcəli dövlət etalonları, 14-ü isə II dərəcəli dövlət etalonlarıdır.
Əvvəl SMPDK rəhbəri Ramiz Həsənova istinadın bildirilib ki, vaxt etalonu SMPDK-nin şəxsi vəsaitlərinə əldə ediləcək. Vaxt etalonu yalnız Amerika və Rusiyada işləyir və onlar onun satışında az maraqlıdırlar. Vaxt etalonunun alınması Avropa İttifaqının tvininq-proqramı çərçivəsində planlaşdırılırdı, amma Avropada bu etalon olmadığı üçün Avropa Komissiyası Azərbaycana onun əldə edilməsinə vəsait ayıra bilməyib.