2010-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $15 mlrd. 39,6 mln. təşkil edib ki, bu da 2009-cu ilin göstəricisidən 47,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin saytında dərc edilmiş 2010-cu ilin tədiyə balansına əsasən, hesabat ilində neft-qaz sektoru üzrə profisit təxminən $19,9 mlrd. təşkil edib, qeyri-neft sektoru üzrə kəsir isə $4,8 mlrd-dan çoxdur.
AMB-nin məlumatına görə, hesabat ilində xarici ticarət dövriyyəsinin həcmi $33 mlrd. 221,6 mln. təşkil edib və Azərbaycan xarici ticarətdə $19 mlrd. 730,4 mln. səviyyəsində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin həcminin 12%-i MDB ölkələrinin, 88%-i - uzaq xaric ölkələrinin payına düşüb.
$26 mlrd. 476 min həcmində ixrac strukturunda $25 mlrd. 398,6 mln. neft və neft məhsullarının payına düşüb ki, bu da Azərbaycanın mal ixracının ümumi həcminin 95,9%-ni təşkil edir.
$6 mlrd. 745,6 mln. həcmində idxal strukturunda $2 mlrd. 954,3 mln. istehlak mallarının, $1 mlrd. 50,4 mln. ərzaq mallarının payına düşüb. 2010-cu ildə investisiya mallarının idxalı $689 mln., digər malların idxalı $3 mlrd. 102,3 mln. təşkil edib.