“Azneft” İstehsalat Birliyi (SOCAR-ın neft-qaz hasilatı üzrə strukturu) “Ələt-dəniz” yatağında axtarış quyusunun qazmasına başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“23 nömrəli quyu 63 nömrəli özüldən qazılır. Quyunun layihə dərinliyi 4900 metrdir. Məhsuldar qatın alt şöbəsinin neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi məqsədi daşıyan quyu Qirməki Altı Lay Dəstəsinə qazılır”, - deyə məlumatda qeyd edilir.
“Ələt-dəniz” yatağı 1985-ci ildən işlənir. Yataq Bakının 55 km cənub-qərbində yerləşir. Yatağın mənimsənildiyi dövr ərzində buradan 1,8 mln. ton neft hasil edilib.