Standard Insurance şirkəti 2010-cu ildə tədiyə yığımını 2009-cu illə müqayisədə 21,7% - 8 mln. 709,396 min manatadək artırıb (təkrar sığortya alınan tədiyələr nəzərə alınmaqla). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən bildirilib.
Şirkətin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən 2010-cu ildə şirkətin sığorta halları üzrə ödənişləri 2 mln. 333,489 min manat təşkil edib ki, bu da 2009-cu illə müqayisədə 45,6% azdır.
Standard Insurance şirkəti gəlirləri 10 mln. 421 min 344,42 manat təşkil edib, həmçinin birbaşa sığorta tədiyələri 7 mln. 937,127 min manat, təkrar sığorta üçün alınan tədiyələr 772,269 min manat, investisiya gəlirləri 1 mln. 935,994 min manat təşkil edib. Bununla yanaşı 2010-cu ildə xalis sığorta ehtiyatları 570,389 min manat azalıb ki, bu da gəlirlərin azalmasına səbəb olub. Qalan gəlirlər başqa maddələrin payına düşüb.
Ötən il ərzində şirkətin xərcləri 9 mln. 925 min 54,09 manat, həmçinin sığorta hadisələri üzrə ödənişləri – 2 mln. 333,489 min manat, sığorta işinin aparılmasına – 3 mln 876,623 min manat, tədiyələr üzrə qaytarılma – 199,510 min, təkrarsığortaya verilmiş risklər – 2 mln. 585,690 min manat təşkil edib. Qalan xərclər başqa maddələrin payına düşüb.
Şirkətin 2010-cu il ərzində vergiöncəsi mənfəəti 496 min 290,33 manat, xalis mənfəəti 397 min 32,26 manat təşkil edib.
2010-cu ildə şirkətin aktivləri 3,5% – 19 mln. 845,437 min manatadək, məcmu kapitalı 10,5% - 12 mln. 462,555 manatadək azalıb, öhdəlikləri 11,2% – 7 mln. 382,882 min manatadək artıb.
2010-cu ildə şirkətin banklardakı depozitləri 9,2% - 12 mln. 946,883 min manatadək azalıb.
“Standard Insurance” 2002-ci ilin oktyabr ayından Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin səhmdarı bir hüquqi şəxsdir. Nizamnamə kapitalı 11 mln manata bərabərdir. “Standard Insurance” tədiyə yığımına görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir.