“Azəristiliktəchizat” SC 2010-cu ildə Azərbaycanda istilik təchizatı üzrə işlərin maliyyələşdirilməsinə 16 mln. manat məbləğində büdcə vəsaiti yönəldib ki, bu da 2009-cu ilin göstəricisindən 45% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Bu vəsaitlər 307 layihənin həyata keçirilməsinə yönəldilib, bunun 29-u məktəblərdə, 16 - uşaq bağçalarında, 29 - səhiyyə obyektlərində, 233 - yaşayış evlərində və digər sosial obyektlərdə isitmə sistemlərinin bərpasını əhatə edib”, - deyə SC nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanda 519,5 min Hkal istilik enerjisi istehsal edilib ki, bu da 2009-cu ilin göstəricisindən 13,1% çoxdur.
Bundan başqa, ötən il istehlakçılara 475,859 min Hkal istilik enerjisi satılıb ki, bu da 2009-cu ilin göstəricisindən 13,6% çoxdur. Enerji itkisi 2009-cu ildə 20,63%-dən 2010-cu ildə 19,2%-ə qədər azalıb.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.