2011-ci il 31 mart tarixinə olan vəziyyətə görə, Vergilər Nazirliyi ƏDV ödəyicisi olan 7 843 fiziki və hüquqi şəxsin qeydiyyatını ləğv edib. Bu barədə Vergilər Nazirliyinin saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, ƏDV üzrə qeydiyyatın ləğv edilməsi prosesi 2006-cı ilin yanvarından başlayıb.
2011-ci il yanvarın 1-nə 7 774 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilib. Beləliklə, cari ilin I rübü ərzində ƏDV qeydiyyatı ləğv edilmiş vergi ödəyicilərinin sayı 0,9% artıb.
ƏDV ödəyicisi olan bu hüquqi şəxslərin qeydiyyatının ləğv edilməsinin əsas səbəbi onların qanunsuz maliyyə əməliyyatları aparması, eləcə də sadələşdirilmiş vergi ödənişinə keçməsidir.
Hazırda Azərbaycanda 15 mindən çox hüquqi və fiziki şəxs ƏDV ödəyicisidir.