Soçidə Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov arasında idman sahəsində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sazişə təlim məşq toplantılarının keçirilməsi, idmançıların təcrübə keçmələri, onların və məşqçilərinin hüquqlarının qorunması, idmanın təbliğatı, idman yarışlarının təşkili və digər bölmələr daxildir.
Saziş MDB-yə üzv dövlətlərin, Baltikyanı və Şərqi Avropa ölkələrinin idman nazirləri və Milli Olimpiya Komitələrinin rəhbərlərinin görüşü çərşivəsində imzalanıb.
Səfər zamanı İ.İsmayılov müxtəlif dövlətlərin idman sahısində bir sıra məsul şəxsləri ilə görüşlər keçirib, 2014-cü ildə Soçi şəhərində təşkil olunacaq Qış Olimpiya Oyunlarına hazırlıq prossesi, bir sıra idman obyektləri ilə yaxından tanış olub.