Ermənistanın parlamenti cümə axşamı iclasda hərbi xidmət haqqında qanuna dəyişikliklər edib.
Sənədə əsasən, respublika silahlı qüvvələrinə məcburi çağırış yaşı 18-dən 19-a artırılır.
Çağırış yaşının artırılması Ermənistanın 12 illik orta təhsil sisteminə keçməsi ilə bağlıdır.
Qanun layihəsi ədliyyə naziri Qrayr Tovmasyan tərəfindən təqdim edilib.