Operativ məlumatlara görə, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 2011-ci ilin yanvar-aprel aylarında 66 mln. 342 min 12,97 manat səviyyəsində tədiyə yığımını təmin ediblər ki, bu da ötən ilin analoji dövrünün göstərcisindən 23,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.
Xidmətin məlumatına görə, hesabat dövründə könüllü sığorta növləri üzrə tədiyələr 47 mln. 582 min 838,66 manat təşkil edib (artım 8,8%). Bundan başqa, 2011-ci ilin yanvar-aprel aylarında həyat sığortası üzrə 1 mln. 145 min 513,24 manat (artım 2,2 dəfə) digər könüllü sığorta növləri üzrə 46 mln. 437 min 325,42 manat (artım 7,4%) məbləğində tədiyə əldə edilib.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin həcmi 18 mln. 759 min 174,31 manat (artım 87,8%) təşkil edib.
2011-ci ilin yanvar-aprel aylarında sığortaçılar 17 mln. 672 min 809,81 manat məbləğində ödəniş həyata keçirib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 21,7% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər 14 mln. 756 min 379,73 manat (artım 23,4%) təşkil edib. Bununla yanaşı, həyat sığortası üzrə 46 min 915,91 manat (azalma 45,7%), könüllü sığortanın qalan növləri üzrə 14 mln. 709 min 463,82 manat (artım 23,9%) məbləğində ödəniş həyata keçirilib.
2011-ci ilin yanvar-aprel aylarında icbari sığorta növləri üzrə ödənişlərin həcmi 2 mln. 916 min 430,08 manat (artım 14,1%) təşkil edib.
Məlumata görə, cari ilin yanvar-aprel aylarında tədiyələr strukturunda tibbi sığorta üzrə 13 mln. 708,019 min manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə tədiyələr 11 mln. 536,499 min manat, hava gəmilərinin sığortası üzrə tədiyələr 4 mln. 98,808 min manat, əmlakın yanğından və digər risklərdən sığortası üzrə 6 mln. 163,987 min manat, bədbəxt hadisələrdən könüllü sığorta üzrə 2 mln. 569,487 min manat təşkil edib.
Bundan əlavə, hesabat dövründə yüklərin sığortası üzrə 3 mln. 693,421 min manat, məhkəmə və hüquq mühafizə orqanlarının icbari sığortası üzrə 1 mln. 763,205 min manat, yanğından icbari sığorta üzrə 2 mln. 886,113 min manat, hərbi qulluqçuların icbari sığortası üzrə 3 mln. 768,979 min manat məbləğində tədiyə alınıb.
2011-ci ilin yanvar-aprel aylarında Azərbaycan sığortaçılarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə tədiyələri 8 mln. 708,684 min manat təşkil edib.
Tədiyələrin qalan həcmi könüllü və icbari sığortanın digər növlərinin payına düşüb.
2011-ci ilin yanvar-aprel aylarında sığortaçılar tərəfindən ən çox ödəniş 5 mln. 577,454 min manat tibb sığortası üzrə həyata keçirilib. Bundan əlavə, hesabat dövründə hava gəmilərinin sığortası üzrə ödənişlər 2 mln. 772,340 min manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər 4 mln. 423,443 min manat, əmlakın yanğından və digər risklərdən sığortası üzrə 798,577 min manat, bədbəxt hadisələrdən könüllü sığorta üzrə 375,413 min manat, hərbi qulluqçuların icbari sığortası üzrə 2 mln. 264,415 min manat təşkil edib.
Ödənişlərin qalan həcmi könüllü və icbari sığortanın digər növlərinin payına düşüb.