Azərbaycan prezidenti İlham Əliyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı, general Dunkan Mak Nabbla terrorizmlə mübarizədə əməkdaşlıqla bağlı məsələləri müzakirə edib. Bu barədə respublikanın rəsmi mətbuatı xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.