Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti xarici sığorta, təkrar sığorta və broker şirkətlərinin reyestrini genişləndirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Xidmətindən məlumat verilib.
“Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, Dövlət Xidməti yüksək reytinqə malik xarici sığorta, təkrar sığorta və broker şirkətlərinin reyestrini yaradıb. Azərbaycan sığortaçılarının onlar vasitəsilə sığorta və təkrar sığorta əməliyyatları aparması məqsədəuyğundur.
Xidmətin qərarı ilə 20 iyun 2011-ci ildə "Unison Ltd" (Gürcüstan) şirkəti xarici sığorta şirkətlərinin reyestrinə daxil edilib.
Reyestrə daxil edilmiş xarici sığorta şirkətlərinin ümumi sayı 48-ə çatıb.
Bundan başqa, Xidmətin qərarı ilə 10 iyun 2011-ci ildə reyestrə daha bir xarici broker şirkət - "SiLayn Sığorta brokeri" (Rusiya Federasiyası) daxil edilib.
Reyestrə daxil edilmiş broker şirkətlərinin ümumi sayı 37-ə çatıb.