“Başak İnam” sığorta şirkəti Fransanın “Groupama” sığorta şirkəti ilə Aqrar Sənaye Kompleksi sahəsində risklərin təkrar sığortası haqqında müqavilə imzalayıb. Bu barədə şirkətin məlumatında bildirilir.
“Groupama” aqrar sığorta sahəsində dünya lideridir. Bu Azərbaycanda sığorta şirkətlərinin kənd təsərrüfatı məhsullarının sığortası sahəsində əldə etdiyi ən böyük dəstəkdir”, - deyə məlumatda vurğulanıb.
Eyni zamanda, qeyd edilib ki, Aqrar Sənaye Kompleksi sahəsində risklərin sığortası “Başak İnam” üçün prioritet istiqamətlərdən biridir.
“Başak-İnam” “Groupama” ilə əməkdaşlıq sayəsində kənd təsərrüfatı sahəsində kütləviləşməni qarşısına məqsəd qoyub.
“Kənd təsərrüfatı məhsullarının sığortalanması riskli sahələrdən biri sayıldığı üçün, bu sahəyə qlobal təkrarsığorta dəstəyi olmadan girmək qeyri-mümkündür”, - deyə məlumatda qeyd edilib.
“Başak İnam” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Hazırda şirkətin nizamnamə kapitalı 3,5 mln. manata bərabərdir. Şirkət 27 sığorta növü üzrə xidmət göstərmək üçün lisenziyaya malikdir. 2011-ci ilin yanvar-may ayları ərzində şirkətin tədiyə yığımı 1 mln. 350,389 min manat, ödənişləri 536,810 min manat təşkil edib.