Yəmən prezidenti Əli Abdulla Saleh Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən xəstəxananı tərk edib, lakin yaxın vaxtlarda vətənə qayıda bilməyəcək. Bu barədə bazar ertəsi Britaniyanın “Guardian” qəzeti yazır.
“Prezident rəsmi olaraq Səudiyyə hakimiyyətinə Yəmənə qayıtması xahişi ilə müraciət edib, amma, ehtimal ki, rədd cavabı alıb”, - deyə qəzet adının açıqlanmasını istəməyən Yəmən məmurunun sözlərinə istinadən yazır.
Yəmən hökumətində başqa mənbə bildirir ki, A.A.Saleh Səudiyyə Ərəbistanında qalmağa məcburdur, çünki hələ bir müddət həkimlərin nəzarəti altında olmalıdır. “Guardian” qeyd edir ki, Yəmən prezidenti Səudiyyə Ərəbistanı hakimiyyətinə məxsus evlərdən birinə köçürülüb.
İyunun əvvəlində prezident müxalifətçilər tərəfindən onun iqamətgahının atəşə tutulması nəticəsində aldığı yaraların müalicəsi üçün Səudiyyə Ərəbistanına gedib.