Böyük Britaniyanın Baş naziri Devid Kemeron çərşənbə axşamı Londonda və ölkənin başqa şəhərlərində qarışıqlıqların dayandırılmasına nail olmaq üçün əlindən gələni etməyə söz verib.
"Şübhəsiz ki, Britaniya şəhərlərinin küçələrində nizam-intizamı bərpa etmək üçün biz əlimizdən gələni edəcəyik. Onlar təhlükəsiz olacaq və heç kim onlarda qanunu pozmayacaq", - deyə o Londonda çıxış zamanı bildirib.
D.Kemeron ötən istirahət günlərində başlanan qarışıqlıqların iştirakçılarını cinayətkar adlandırıb "Söhbət əsl cinayətdən gedir. Amma biz onunla mübarizə aparacağıq və qələbə qazanacağıq”, - deyə baş nazir qeyd edib.
Daha əvvəl çərşənbə axşamı bildirilib ki, Londonda və Böyük Britaniyanın digər böyük şəhərlərində gecə qarışıqlıqlar D.Kemeronu məzuniyyəti dayandırmağa və paytaxta qayıtmağa vadar edib.