Sənaye və Energetika Nazirliyi sentyabrın 1-də Bakıda “Azərbaycanın Xəzər dənizi ərazisində Külək Enerji Potensialının öyrənilməsi” layihəsinin icrası üzrə final hesabatının təqdimatını keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Təqdimatda Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadi İnkışaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, Energetika Elmi Tədqiqat Layihə İnistitunun rəsmi şəxsləri və danimarkalı ekspertlər iştirak edəcəklər”, - deyə nazirlikdən bildirilib.
Layihə Avropa Komissiyasının İNOGATE proqramı çərçivəsində həyata keçirilir.