Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Bakıda və Abşeron yarımadasında fəaliyyətinə icazə verilmiş 14 tərcüməçi-gidin siyahısını açıqlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən bildirilib.
Bu siyahı Mədəniyyət və Turizm Nazirliyinin turizm bələdçilərinin və tərcüməçi-gidlərin attestasiyası komissiyasının qərarına əsasən təsdiq edilib.
Seçilmiş tərcüməçi-gidlər xüsusi hazırlıq kursu keçiblər və onlara attestasiya komissiyasının sertifikatları verilib.