“BP” şirkətinin və tərəfdaşlarının Azərbaycanda layihələr üzrə ümumi investisiyaları indiyə qədər $35 mlrd. təşkil edib. Bu barədə “BP-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir cümə axşamı Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığa dair sazişin imzalanma mərasimində bəyan edib.
Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqları blokunun istehsalı layihəsi çərçivəsində ümumi neft hasilatı idiyə qədər 1,9 mlrd. barel təşkil edib.
“BP”-nın Azərbaycanda fəaliyyəti dövrü ərzində, bizim bütün maraqlı tərəflərlə əla münasibətlərimiz yaranıb. Biz Azərbaycanla güclü əməkdaşlıq yaratmışıq. “BP” regionda iqtisadi inkişaf üzrə lider olan Azərbaycanda uzunmüddətli fəaliyyətə ümid edir”, - deyə o bildirib.