2011-ci ilin yekunları üzrə Azərbaycanın qiymətli kağızlar bazarında əməliyyatların həcmi 17,7% təşkil edib. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı QKDK-nın 2011-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş geniş Kollegiya iclasında məlumat verib.
Onun sözlərinə görə, 2011-ci il ərzində bazarın bütün seqmentləri üzrə canlanma müşahidə olunub.
2011-ci ilin yekunları üzrə Azərbaycanın qiymətli kağızlar bazarında əməliyyatların həcmi 6 mlrd. 717 mln. manat və ya 17,7% təşkil edib. 2010-cu illə müqayisədə əməliyyatların həcmi 4,4 dəfə artıb.
R.Aslanlı 2011-ci ili bütövlükdə Komitə üçün məhsuldar dövr kimi qiymətləndirib.
2012-ci ildə QKDK qiymətli kağızlar bazarının müasirləşdirilməsi və avtomatlaşdırılması, vahid qanunvericilik bazasının formalaşdırılması və bir sıra digər layihələrin həyata keçirilməsi üzərində işləri davam etdirəcək.