Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupu Fransada soyqırımların inkarının kriminallaşdırılması barədə qanunun qüvvəyə minməməsi üçün mümkün olan hər şey edir. Bu barədə Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova bəyab edib.
“Azərbaycan-Fransa parlamentlərarası işçi qrupun başçısı Fransanın ictimai dairələrində geniş əlaqələrə malikdir və bu qanunun hüquqi güvvəyə minməməsi işində onlardan istifadə edilir”, - deyə B.Muradova bazar ertəsi mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Azərbaycan geyd edilən qanunun təsdiqinə yol verməmək üçün bütün maksimal dərəcədə imkanlarından istifadə edir. “Biz növbəti dəfə fransız dostlarımızı bu qanundan imtina etməyə çağırırıq”, - deyə vitse-spiker bildirib. “Azərbaycan birmənalı şəkildə Türkiyənin yanında olacaq”, - deyə o vurğulayıb.
O, Türkiyənin Xarici İşlər Nazirliyinin başçısının Əhməd Davudoğlunun bu cür erməniyönümlü qanunlar qəbul edən Fransanın ATƏT-in Minsk qrupunun tərkibindən çıxarılması sözlərini şərh edərək, B.Muradova qeyd edib ki, bu təşəbbüs uzun zamandır Azərbaycan cəmiyyətində müzakirə edilir. “Hesab edirəm ki, bu (Türkiyənin XİN başçısının bəyanatı - İF-Az) Minsk qrupuna daha fəal hərəkət etməyə xüsusi çağırış olacaq”, - deyə o bildirib.