Ötən həftə hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 54 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə 3 nəfər qətldə, 11 nəfər sui-qəsddə, 8 nəfər qarət və soyğunda, 27 nəfər oğurluqda, 1 nəfər saxta pul satmaqda, 3 nəfər xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Həmçinin qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 23 fakt qeydə alınıb.
Bundan başqa, ötən həftə Azərbaycanda baş vermiş bədbəxt hadisələr nəticəsində 12 nəfər həlak olub, 26 nəfər yaralanıb. 4 nəfər intihar edib, 48 yanğın hadisəsi baş verib, nəticədə 2 nəfər həlak olub, 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.