Milli Məclis yaz sessiyasının qanunvericilik işlər planına 16 qanun layihəsi daxil edib.
Azərbaycan Milli Məclisin vitse-spikeri Bahar Muradova bazar ertəsi mətbuat konfransında məlumat verdiyi kimi, qanunvericilik planına şəhərsalma kodeksi;bələdiyyələrin hesabatları haqqında qanun layihələri; həbsdə saxlanılan şəxslərin hüquq və azadlığlarının təmin edilməsi haqqındaə; hərbi qulluqçuların statusu haqqında; rəqabət haqqında kodeks; təhsil krediti haqqında; ekolojı ekspertiza haqqında, kənd təsərrüfatı kooperasiyası haqqında; ali təhsil haqqında; pasiyentlərin hüquqları haqqında; mədəniyyət haqqında və s. qanunlar daxildir.
B.Muradova həmçinin məlumat verib ki, Milli Məclisin 2011-ci il 30 senytabrdan 30 dekabra qədər keçən payız sessiyası ərzində Azərbaycanın qanunverici orqanı 12 iclas keçirib, 107 qərar və qanun, həmçinin bir Konstitusiya qanunu, Konstitusiya qanununa dəyişikliklər, 7 qərar qəbul edib, 24 dövlətlərarası və parlamentlər arası saziş və konvensiya təsdiq edib.
Payız sessiyası ərzində Milli Məclisə 5,463 min müraciət və şikayət daxil olub, deyə vitse-spiker məlumat verib.