Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) 2011-ci ildə 662 təssərrüfat obyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması hallarını aşkar edib.
Bu barədə SMPDK-nin hesabatında qeyd olunur.
Ümumnilikdə 2011-ci ildə SMPDK 1537 yoxlama aparıb və 662 təsərrüfat obyektində pozuntu qeydə alınıb. Yoxlamaların nəticələrinə görə 662 iradnamə və 611 tələbnamə verilib.
49 təssərrüfat obyektinə 156 min manat inzibati cərimə tətbiq edilib, 8 müəssisə barəsində tərtib edilmiş sənədlər baxılmaq üçün məhkəməyə, 4 sahibkarlıq subyektinin fəaliyyətində cinayət tərkibi olduğu üçün barəsində tərtib edilmiş sənədlər prokurorluğa göndərilib.
Hesabatda bildirilir ki, 2011-ci ildə labaratoriya araşdırmalarına əsasən, 2200 kq şokolad və vafli, 85 kq şirniyyat və biskvit tortu, 134 kq yağ, 5528 litr alkaqolosuz məhsul, 2267 litr süd və süd məhsulları, 30 765 litr nar şirəsi, 4500 litr alkoqol keyfiyyət standartlarına cavab vermədiyi və istehlakçıların sağlamlığına zərər verə biləcəyi üçün məhv edilib.