Azərbaycanda diffamasiya haqqında” ( “şərəf və ləyaqətin, işgüzar etibarın” hüquqi anlayışı) qanunun qəbul edilməsi çox tezdir. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev buna əmin olduğunu bildirib.
“Mən diffamasiyanın məhkəmə təqibindən kənara çıxarılmasının tərəfdarı deyiləm”, - deyə S.Mirzəyev bazar ertəsi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, diffamasiya haqqında qanunun qəbulu üçün ölkədə siyasi və mədəni medianın səviyyəsi hələ lazımi səviyyəyə uyğun deyil. "Bundan başqa, bu məsələ ölkənin təhlükəsizliyi ilə bağlıdır”, - deyən Milli Məclis Aparatının rəhbəri vurğulayıb.
Azərbaycanda diffamasiya qanunun qəbulu Avropa Şurası tərəfindən tövsiyə edilib. Bu tövsiyə çərçivəsində Milli Məclis fəaliyyəti hələ ki dayandırılmayan işçi qrupu formalaşdırıb.