2011-ci ilin dekabrında təkrar avtomobil bazarında orta qiymət noyabr ayı ilə müqayisədə 1,3% - $16,15 minədək artıb. Bu barədə “İnterfaks Azərbaycan” agentliyinə avtomobil bazarında monitorinq aparan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Ümumilikdə, monitorinq təkrar bazarda 13,5 min avtomobili əhatə edib ki, bunun da 28,2%-i bazara dekabr ayında daxil olub.
Dekabrda avtomobil bazarında təkliflərin sayı 2,6 % artıb.
2011-ci ilin dekabr ayında “Mercedes-Benz” markalı avtomobillər ümumi təklif portfelində 31,8% payla təkrar bazarda liderliyi əvvəlki kimi qoruyub saxlayıblar.