Fevralın 9-10-da Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində “sosial, səhiyyə, təhsil, gənclər, mədəniyyət, informasiya cəmiyyəti, elm və texnologiyalar məsələlərinə” dair ilk iclas keçiriləcək. Bu barədə respublikada Avropa İttifaqının nümayəndə heyətinin mətbuat xidmətindən məlumat verilib.
Güman edilir ki, bir çox insanların gündəlik həyatının aspektini əhatə edən bu tədbir hər il keçiriləcək.
“Bu ünsiyyətin yeni forumu nümayiş edir ki, Azərbaycan və Avropa İttifaqı siyasət və energetika çərçivəsindən kənara çıxan əməkdaşlığı geniş inkişaf etdirir”, - deyə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliynin rəhbəri, səfir Roland Kobianın sözlərindən sitat gətirilir.
“Mən səbirsizliklə müzakirələrimizi gözləyirəm, çünki onlar cəmiyyətin bütün təbəqələrinə aid olan mövzular üzrə fikir mübadiləsinə imkan yaradacaq. Orada bu vacib sahələrdə əməkdaşlığımızın inkişafı və möhkəmləndirilməsi üçün yeni imkanlar olacaq”, - deyə o bildirib.
İkigünlük müzakirələr zamanı tədbirin mövzusunda qeyd edilən bütün məsələlərə baxılacaq.
Bundan başqa, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində sosial siyasət məsələlərinin müzakirəsi formatından başqa, artıq demokratiya, energetika və iqtisadiyyat məsələləri üzrə üç altkomitə fəaliyyət göstərir.