İrandan fərqli olaraq İsrail Azərbaycan torpaqlarının bir hissəsinin işğalı problemi barəsində ikiüzlü siyasət aparmır və bu Bakının Tehrana və Təl-Əvivə qarşı münasibətini müəyyən edir. Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov belə hesab edir.
“Biz bu gün milli maraqlarımıza əsaslanaraq hər hansı qeyri-müəyyən məqsədlərə görə İsraillə münasibətləri korlaya bilmərik”, - deyə o “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Beləliklə BDU-nun professoru bir sıra Azərbaycan saytlarına İran hakerlərinin hücumuna dair bu yaxınlarda rəsmi Tehranın Azərbaycan-İsrail münasibətlərinin inkişafına narazılığının ifadə etdiyini, həmçinin Tehranın sifarişi ilə respublika ərazisində İsrail dövlətinin vətəndaşları barəsində terror aktı planlaşdıran dəstənin Azərbaycanda zərərsizləşdirilməsini şərh edib.
K.Səlimovun sözlərinə görə, rəsmi Bakı İsrail və İranla əlaqələrini onların Azərbaycana olan münasibətlərinə əsaslanaraq qurur. “İsrail rəhbərliyi hər zaman Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyə hörmətlə yanaşıb, bütün sənədlərdə bunu vurğulayıb. Yəni bu dəstək yalnız sözdə deyildi. Ancaq İran barəsində biz əksini görürük: Tehranda sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri barədə bildirirlər, ancaq həqiqətdə, təəssüf ki, bu istiqamətdə konkret addımlar atılmır. Təsadüfi deyil ki, Ermənistan, həmçinin onun Azərbaycana qarşı təcavüzkar siyasəti barəsində, milli təhlükəsizliyin konsepsiyasında İranı konkret olaraq təhlükəsizliyinin təminatının alternativ mənbəyi kimi elan edib. Bunu unutmaq lazım deyil”, - deyə ekspert vurğulayıb.
BDU-nun professorunun qeyd ediyi kimi, Tehranda “Azərbaycanın xarici siyasətinin islamlaşmaya və şəriət məhkəməsinin qurulmasına yönəlməyinə deyil, bununla yanaşı İslama hörmətlə yanaşaraq Avropa ilə yaxınlaşması” faktı narahat edir. K.Səlimov əmindir ki, İranın Azərbaycanı dünyəvi inkişaf yolundan döndərməyə məcbur etmək cəhdləri müvəffəqiyyətsizliyə məhkumdur. “Azərbaycanda dünyəvi quruluş sarsılmazdır, və ölkə üzrə islam fundamentalizmi bütovlükdə geniş dəstəyə malik deyil”, - deyə o vurğulayıb.