“AtaTravel” Yunanıstanın “Le Qrand” turizm şirkətinin rəsmi tərəfdaşı olub. Bu barədə “AtaTravel”-ın təsisçisi olan “AtaHolding”in saytında məlumat verilir.
“AtaTravel” və “Le Qrand” arasında işgüzar əməkdaşlığın təşkili barədə müqavilə bazar ertəsi Bakıda imzalanıb.
“AtaTravel” 2011-ci ildə təsis edilib və müxtəlif xidmətlər təklif edir. “AtaTravel” imzalanan müqavilə çərçivəsində azərbaycanlı turistlər üçün Yunanıstana turlar təşkil edir. Gələcəkdə “Le Qrand”-ın imkanlarından istifadə edərək biz yunan turistlərinin Azərbaycana səfərlərini gözləyirik”, - deyə məlumatda “AtaTravel”-ın direktoru Vüsal Əliyevin sözlərindən sitat gətirilir.
“AtaTravel” 2011-ci ilin sentyabr ayında dövlət qeydiyyatından keçib. “AtaTravel” turizm xidmətlərinin geniş spektrini təqdim edir: ölkə daxili və xaricə turların təşkili, müalicə-sağlamlıq istirahəti, aviabiletlərin satışı, qonaqların qəbulu və yerləşdirilməsi və s.
“Le Qrand” 1985-ci ildə yaradılıb.