Rusiya Federasiyası və Azərbaycanın arasında qarşılıqlı əmtəə dövriyyəsi 2011-ci ilin yekunlarına görə $2 mlrd. 829,2 mln. təşkil edib, bu isə 2010-cu ilin göstəricisindən 47,4% çoxdur. Bu barədə Azərbaycanda Rusiya Federasiyasının ticarət nümayəndəsi Yuri Şedrin “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“Bu Azərbaycan və Rusiyanın münasibətlərinin bütün tarixi ərzində rekord göstəricidir”, - deyə Y.Şedrin bildirib.
Onun sözlərinə görə, Azərbaycandan Rusiya Federasiyasına ixracat 53,5% - $1 mlrd. 187,4 mln. qədər, Azərbaycana idxal - 43,3% - $1 mlrd. 641,8 mln. qədər artıb.
“Rusiya Azərbaycana məhsul idxalatçıları arasında liderlik mövqeyini qoruyub, neft və qaz nəzərə alınmasa isə əsas eksportçudur”, - deyə ticarət nümayəndəsi qeyd edib.
Y.Şedrin 2011-ci ildə əmtəə dövriyyəsinin əhəmiyyətli artmasını iki ölkənin artan ixracat potensialı, iqtisadi sahədə işlənmiş müqavilə-hüquqi baza, RF regionları ilə Azərbaycanın əlaqələrinin inkişafı ilə izah edib.
“Əlbəttə ki, Rusiyaya Azərbaycan qazının ixracının həcmlərinin artması öz rolunu oynayıb. Belə ki 2011-ci ilin yekunlarına görə qazın həcmi 1,5 mlrd. kubmetrə çatıb, bu isə demək olar ki, 2010-cu ilin göstəricisindən 2 dəfə çoxdur. Daha az əhəmiyyətli deyil ki, taxıl ixracatını qadağan edəndən sonra Rusiya Azərbaycana bu məhsulun eksportçusu kimi öz yerini qaytarmağa çalışıb”, - deyə Y.Şedrin bildirib.
O məlumat verib ki, Azərbaycana Rusiya ixracının 90%-i dərin emal məhsulunun payına düşür, bu isə, onu karbohidrogenlər və xammalın digər növünün bazarının şəraitindən daha az asılı edir.
“Azərbaycana Rusiya ixracının əsas maddələri ərzaq, avtomobillər, avadanlıq və nəqliyyat vasitələri, oduncaq, kimya məhsulu, elektrik enerjisi, qara və əlvan metallardan ibarətdir. Rusiyaya Azərbaycan ixracı strukturunda mineral məhsullar (bütün ixracın 46,6%-i), ərzaq malları, ASK məhsulu üstünlük təşkil edib”, - deyə Y.Şedrin əlavə edib.