Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsi yaradılıb. Bu barədə çərşənbə axşamı XİN-in mətbuat xidmətindən məlumat verilib.
XİN-in “Twitter” səhifəsinin yaradılması ilə respublikanın xarici siyasətinə dair xəbərlərin, xarici işlər nazirinin keçirdiyi görüşlərin, XİN-in bəyanatlarının və press-relizlərin operativ şəkildə oxuculara çatdırılması təmin olunacaq.
“Twitter” səhifəsinə www.twitter.com/AzerbaijanMFA linki ilə daxil ola bilərsiniz.