Azərbaycanın tarixinə həsr edilən məşhur rus yazıçısı Rudolf İvanovun kitablarının çərşənbə axşamı Bakıda təqdimatı keçirilib.
“Bu kitabların yaradılması ideyası dünyaya əfsanəvi və istedadlı hərbçilər və vətəndaşlar bağışlayan Azərbaycan torpağına sevgidən doğulub”, - deyə R.İvanov
“Azərbaycan həqiqəti, Rusiyanın gəlişi və fars motivləri” (Azərbaycanın XIX əsr tarixinin xülasələri) və "Telb-Əli Naxçıvan xanı, onun dövrü və irsi” kitablarının təqdimatında çıxış edərək bəyan edib.
“Mən əməyin sevinci olmadan iş tanımıram və yerinə yetirdiyim iş mənə böyük həzz verib”, - deyə yazıçı vurğulayıb.
Onun sözlərinə görə, arxiv materialları ilə iş zamanı o Azərbaycan tarixinin təhrifinin şahidi olub. “Mən hər dəfə Azərbaycan tarixi üzrə arxiv materiallarını qaldıraraq, bu təhrifləri aşkar edərkən sevinirdim, çünki bilirdim ki, insanlara Azərbaycan barədə həqiqəti çatdıracağam”, - deyə o bildirib.
Təqdimat mərasimində Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Milli Məclisinin deputatı Elmira Axundova, yazıçı Çinqiz Abdullayev və başqaları iştirak edib.
Kitablar Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə çap edilib.
R.İvanov Naxçıvan xanlarının sülaləsinə həsr edilən silsilə kitabların müəllifidir.