SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin Mexaniki-təmir zavodu 2012-ci ildə “Azneft” İB-nin sifarişi ilə 22 ədəd “Topas-75” sutəmizləyici qurğu hazırlayacağı planlaşdırır. Bu barədə SOCAR-dan məlumat verilib.
2011-ci ildə zavod Çexiyanın “TOPALvater” şirkətinin layihəsi əsasında “Topas-75” sutəmizləyici qurğuların istehsal texnologiyasını tam mənimsəyib. Cari ildə zavod “Azneft” İB-dən 22 ədəd bu cür qurğu istehsalı üçün sifariş alıb”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, SOCAR-ın Sosial İnkişaf İdarəsinin sifarişi ilə daha iri həcmdə sutəmizləmə imkanına malik “Topas-100” markalı iki ekoloji qurğunun hazırlanması da nəzərdə tutulur.
“SOCAR-ın neft-qazçıxarma idarələrində, qurudakı müəssisələrdə, həmçinin yaşayış massivlərində tətbiqi nəzərdə tutulan sutəmizləyici qurğulardan yaxın gələcəkdə geniş tətbiqi ətraf mühitin və Xəzər dənizinin ekologiyasının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək”, - deyə məlumatda vurğulanır.