Fevralın 1-də Bakıda “Gəncliyin səsi” gənclər festivalı start götürəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tədbir fevralın 2-də qeyd olunan Gənclər Gününə həsr olunur. Festival istedadlı gənclərin üzə çıxarılması və gələcəkdə onların yaradıcılıq axtarışlarının dəstklənməsi məqsədi ilə keçirilir.
Belə ki, festival çərçivəsində bir sıra tədbirlər, sərgilər, konsertlər və görüşlər keçiriləcək.
Bütün tədbirlər Mədəniyyət və Turizm, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçiriləcək.
Festival fevralın 11-nə qədər davam edəcək.