Bakıda avtomobil yolunun qardan təmizlənməsi üzrə işlər zamanı qartəmizləyici maşın bir nəfər kişini vurub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bədbəxt hadisə bazar ertəsi axşam baş verib: bir nəfər kişi sürüşərək qartəmizləyən maşının altında düşüb. Həmin şəxs hadisə yerində həlak olub.
Fakt üzrə təhqiqat aparılır.