SOCAR-ın Kompleks Qazma İşləri Tresti “Darvin bankası” yatağında 727 nömrəli yeni neft quyusunda qazma işlərinə başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
727 nömrəli quyu 660 nömrəli meydançadan qazılır. Quyunun layihə dərinliyi 1540 metrdir. Quyudan sutkada 7 ton neft hasil olunacağı gözlənilir.
Quyu ''Azneft'' İstehsalat Birliyinin ''Abşeronneft'' NQÇİ-nin sifarişi ilə qazılır. “Darvin bankası” yatağı 1950-ci ildən “Abşeronneft” NQÇİ tərəfindən işlənir.
Yatağının qalıq neft ehtiyatları 3 mln. ton təşkil edir.