2012-ci ilin yanvarında Vergilər Nazirliyi 2012-ci ilin yanvarında onlayn sistemdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1 617 fiziki şəxsin qeydiyyatını həyata keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“Yanvar ayında onlayn sistemdə 1617 fiziki şəxs və ya qeydiyyatdan keçənlərin ümumi sayından 47,1% qeydiyyatdan keçib”, - deyə Vergilər Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi həmçinin, prosesə kommersiya hüquqi şəxslərin onlaynqeydiyyatına başlayıb. Bu məqsədlə qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilib.
Xüsusilə, hazırda yerli kapitalla MMC-nin onlayn qeydiyyatı aparılır. Bu sistemlə artıq iki hüquqi şəxs dövlət qeydiyyatından keçib.
“2011-ci ildə qeydiyyatı keçən 90,5% və ya 4451 hüquqi şəxs yerli kapitalla MMC olub. Buna görə, bu kateqoriya hüquqi şəxslərin onlayn qeydiyyata keçidi əsaslıdır”, - deyə o qeyd edib.
Vergilər Nazirliyinin rəyinə görə, hüquqi şəxslərin onlayn qeydiyyat sisteminə keçidi biznes-mühitə müsbət təsir edəcək. Bununla yanaşı, bu cür qeydiyyat zamanı təqdim edilən sənədlərin siyahısı minimuma qədər azaldılıb. Belə ki, hüquqi ünvanı və dövlət rüsumunu ödənilməsini təsdiq edən sənədlər qeydiyyat üçün təqdim etmək lazım olan sənədlər siyahısindan çıxarılıb.
Bundan başqa, 2012-ci ildə Vergilər Nazirliyi İnternetə vasitəsi ilə vergilərin və rüsumların elektron ödəniş sisteminin yaradılması üzrə layihənin reallaşdırılmasını başa çatdırmağı planlaşdırır. Artıq lazımi proqram xidmətlərinin hazırlığı və test rejimində yoxlama üzrə işlər başa çatıb.
Xəbər verildiyi kimi, 2011-ci ilin 1 iyul tarixindən etibarən Vergilər Nazirliyi fərsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn qeydiyyat sistemini tətbiq edib. 2011-ci ilin 1 iyuldan 31 dekabr tarixinə qədər 10,075 min fiziki şəxs elektron formada qeydiyyatdan keçib.